“Hörmətli Destinasiya Menecmenti şirkət rəhbərləri,
Hər birinizi Azərbaycan Turizm Bürosu adından salamlayıram. Hər birinizə Şimal, Cənub və Qərb regionu üzrə sorğuda iştirak etdiyinizə görə təşəkkürümü bildirirəm. Hazırda, Azərbaycanın Şimal Qərb turizm regionunun cəlbediciliyinin ölçülməsi və regionun turizm potensialının artırılması layihəsi həyata keçirilir. Bu məqsədlə ölkədə aparıcı turizm şirkətləri tərəfindən bu regiona göndərilən turistlər haqda məlumatın əldə edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu prosesin bir hissəsi olaraq sizi tərəfimizdən aparılan onlayn sorğuda iştirak etməyə dəvət edirik. Sorğunun keyfiyyətinin təminatı üçün bütün sualların dəqiq cavablandırılmasını xahiş edirik.
https://docs.google.com/forms/d/e/1FAIpQLScRv3DEmMsQQ9h11g0--_TwXiYD1xQCy4hzKDMOyCNe_aj_yw/viewform
Sorğunun şirkət üçün nə faydası var? Sorğu nəticələri şirkətlərin fərdi cavabları olmamaq şərtilə (anonymized) vizual şəkildə təqdim ediləcək. Nəticələr, əvvəlki qaydada şirkətlər üçün Şimal Qərb turizm regionu haqda daha ətraflı fikir formalaşdırmaqda və öz gələcək strategiyalarını dəqiqləşdirməkdə köməklik göstərəcək.
Hər hansı çətinlik yaranarsa və ya hər hansı bir sualda anlaşılmazlıq yaranarsa aşağıda qeyd edilən əlaqə vasitəsilə dəqiqləşdirmə apara bilərsiniz. Xahiş olunur sorğunu cari ilin fevral ayının 18-nə kimi doldurub göndərəsiniz.
Qeyd: ilk sual filter xarakterlidir. Sorğu qərb turizm regionuna ən az 1 tur təşkil edən şirkətlər arasında aparılır. İlkin suala “yox” cavab verən şirkətin sorğunu dayandırması xahiş olunur.