×

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) 2019-cu il mart ayının 28-də təsis edilib və iyun ayının 27- də geniş ictimaiyyətə təqdim olunub.


Qurumun əsas fəaliyyət istiqaməti Azərbaycanın turizm sənayesinin formalaşmasında aktiv iştirak etmək, turizm agentliklərinin vahid platformasını yaratmaq, onlar arasında əməkdaşlıq əlaqələrinin effektiv qurulmasına və inkişafına nail olmaq, eləcə də üzvlərin maraqlarının qorunmasını təmin etmək, turizm məhsulları və servis xidmətlərinin keyfiyyətini artırmaqdır.


Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ölkəyə daha çox turistin cəlb edilməsində əsas tərəflərdən biri olaraq  standartlara cavab verən, keyfiyyətli turizm xidmətləri göstərən və ölkə turizminin inkişafında maraqlı olan agentlikləri assosiasiya  ətrafında toplayraq birgə fəaliyyət göstərir.


Hazırda Assosiasiyanın Azərbaycanın turizm bazarında öz fəaliyyəti, peşəkarlığı və vətəndaş məmnunluğunun təmin edilməsi baxımından seçilən 123 üzvü var.

 

ATAA yarandığı gündən əlaqələrini genişləndirərək Dövlət Turizm Agentliy, Azərbaycan Turizm Bürosu, Azərbaycan Hotellər Assosiasiyası, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası, Azərbaycan Turizm Blogerləri Assosiasiyası, Azərbaycan Hava Yolları, Türk Hava Yolları, “Air Astana” və “Buta Airways” hava yolları şirkətləri, eləcə də Böyük Britaniyanın “Travelport” şirkətinin Azərbaycandakı nümayəndəliyi, xarici ölkələrin Azərbaycandakı səfrilikləri ilə əməkdaşlıq edir.


Assosiasiya həmçinin ölkənin turizm imkanlarının tanıdılması və təbliği, o cümlədən xarici turizm təşkilatları ilə əməkdaşlıq imkanlarının genişləndirilmsi məqsədilə Vyetnamın Kuanqnam vilayətinin Xalq Komissiyası, Mərkəzi Asiyanın Turizm Sənayesi Assosiasiyası, Gürcüstanın Tbilisi şəhərində Gürcüstan Turizm Assosiasiyası,Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Turizmin İnkişafı Mərkəzi, Rusiyanın Beynəlxalq Fəaliyyət Komitəsinin “İşgüzar Rusiya” (Деловая Россия) təşkilatının Başqırdıstan regional şöbəsi arasında əməkdaşlığa dair sazişlər imzalayıb.


Bundan başqa BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasında ATAA-nın təşkilata assosiativ üzvlüyə namizədliyi  də qəbul edilib.


Bu gün ATAA-nın fəaliyyətinin əsas məqsədi turizm agentliklərinin vahid platformasını yartmaqla dövlət-özəl sektor arasında  əməkdaşlıq əlaqələrinin effektiv qurulmasına və inkişafına nail olmaq, turizm məhsulları və servis xidmətlərinin keyfiyyətini artırmaqdır.