×
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib

İclasda Assosiasiyanın sədri Göydəniz Qəhrəmanov qurumun son iki ayda həyata keçirdiyi işlər, xarici ölkələrin turizm nümayəndələri və yerli turizm subyektləri ilə aparılan işgüzar görüşlər, Azərbaycan Hava Yolları ilə ATAA arasında əməkdaşlığın inkişafı, eləcə də AZAL tərəfindən şirkətlərlə biznes əlaqələrinin qurulmasında tədbiq edilən yeni qaydalar, bir sıra turoperatorların Assosiasiya üzvləri üçün hazırladığı xüsusi güzəşt təklifləri haqqında İdarə Heyəti üzvlərinə məlumat verib, üzv şirkətlər arasında etik davranış kodeksinə riayət olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Toplantıda həmçinin Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirinin Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər, Həcc və Ümrə ziyarətləri ilə bağlı Azərbaycanda cari vəziyyət və Ümrə üzrə səfər paketlərinin hazırlanması müzakirə olunub.
İclasın sonunda Assosiasiyaya ünvanlanan yeni üzvlük müraciətlərinə baxılıb.İdarə Heyəti tərəfindən aparılan müzakirələrin nəticəsinə uyğun olaraq 10 şirkətdən 6-nın müraciətinə müsbət qərar verilib.

grid-photo-21709187922.jpggrid-photo-11709187923.jpg