×
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Türkiyədəki zəlzələ qurbanlarına yardım edib
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının rəhbərliyi və üzvləri qardaş ölkə Türkiyədə böyük insan təlafatına səbəb olan zəlzələ nəticəsində köməyə ehtiyacı olan insanlar üçün yardım kompaniyası həyata keçirib.
Aksiya çərçivəsində toplanan ianələrlə evsiz və köməksiz qalan insanlar üçün yataq, yorğan-döşək, qış geyimləri, konservləşdirilmiş qidalar, eləcə də uşaq qidaları, uşaq bezləri, dərman preparatları, gigiyenik vasitələr, əl fənəri, generator, poverbank kimi vacib olan əşyalar alınaraq növünə və istifadəsinə uyğun xüsusi bağlamalarda qablaşdırılmış və Heydər Əliyev adına İdman Sarayındakı toplama mərkəzinə təhvil verilmişdir.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq bir daha qardaş Türkiyədə çoxlu insan təlafatına səbəb olan güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, həyatını itirənlərə Allahdan rəhmət diləyir, xəsarət alanlara tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq.

grid-photo-81675920426.jpggrid-photo-91675920427.jpggrid-photo-51675920425.jpggrid-photo-31675920424.jpggrid-photo-101675920427.jpggrid-photo-111675920428.jpggrid-photo-61675920425.jpggrid-photo-41675920424.jpggrid-photo-11675920412.jpggrid-photo-21675920411.jpg