×
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının üzvü seçilib
Martın 9-da Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib.İclasda Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Şuraya yeni üzv seçilib.Müzakirələrdə Assosiasiyanın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov da iştirak edib.


Görüşdə real sektorun kreditləşməsinin aktivləşdirilməsi, regionların iqtisadi inkişafının sürətləndirilməsi üçün investisiya şirkətlərinin fəaliyyətinin gücləndirilməsi, güzəştli kreditlərin əhatə dairəsinin genişləndirilməsi və daha çox kiçik və orta sahibkarlığın inkişafına yönəldilməsi, regionlarda sahibkarların girov təminatında üzləşdikləri problemlərin aradan qaldırılması, eləcə də sahibkarlar üçün maliyyə-bank xidmətlərinin rahatlaşdırılması, sahibkarların maliyyə savadlılığının artırılması üçün təlimlərin təşkil edilməsi, habelə müvafiq qanun layihələrinin hazırlanması və düzəlişlərin edilməsində sahibkarlarla müzakirələrin aparılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Müzakirələr çərçivəsində Göydəniz Qəhrəmanov pandemiya dövründə bir sıra bankların turizm şirkətləri ilə biznes fəaliyyətinin qurulmasında riskli hesab etdiyi yanaşmanın hazırkı dövr üçün yumuşaldılaması,müştəri və turizm şirkəti arasında həyata keçirilən kredit kartları ilə ödənişlərdə faiz dərəcələrinin azaldılması məsələlərində yaşanan çətinliklərinin həllinə dəstək göstərilməsinə də toxunub. Görüşdə Bank sektoru ilə turizm şirkətləri arasında qurulan biznez fəaliyyətində yaşanan bir sıra çətinliklərinin həlli yollarının tapılması üçün Azərbaycan Banklar Assosiasiyası ilə sıx əlaqələrin qurulması və görüşlərin keçirilməsi istiqamətində razılıq əldə edilib.