×
ATAA və “See Breeze Resort” əməkdaşlıq əlaqələrini müzakirə ediblər

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Gəlmə Turizm Komitəsinin üzvləri ilə “See Breeze Resort”un nümayəndələri arasında əməkdaşlıq əlaqələrinin formalaşdırılması və biznes imkanlarının inkişafı məsələləri müzakirə olunub.

Görüşdə komitə üzvlərinə yay mövsümü ərzində “See Breeze Resort”da qonaqlara təqdim olunan proqramlar və tədbirlər haqqında geniş məlumat verilib.

Müzakirələr zamanı həmçinin “See Breeze Resort” da yaxın günlərdə həm milli mətbəx nümunələrini özündə birləşdirən, həm də milli mədəniyyətimizi özündə əks etdirən yeni konseptdə hazılanan şou proqramların keçiriləcəyi diqqətə çatdırılıb.

Görüş çərçivəsində ATAA üzvləri ilə kommunikasiya əlaqələrinin genişləndirilməsi, yay mövsümü dövründə həm yerli, həm də əcnəbi qonaqların “See Breeze Resort”a cəlb edilməsi istiqamətində birgə iş birliyinin yaradılması, üzv şirkətlər üçün uyğun qiymət siyasətinin formalaşdırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

grid-photo-21689326128.jpggrid-photo-31689326128.jpg