×
ATAA və  İçərişəhər DTMQ əməkdaşlığı genişləndirir

Turizm əlaqələrinin genişləndirilməsi və birgə iş birliyinin formalaşdırılması məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiaasiyasının İdarə Həyətinin sədri Göydəniz Qəhrəmanovla  İçərişəhər DTMQ İdarə Heyətinin sədri  Şahin Seyidzadə arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.


Görüş zamanı Göydəniz Qəhrəmanov Qoruq sədrini Assosiasiyanın fəaliyyəti, turizm sənayesinin inkişafında rolu, üzvlərinin sayı haqqında məlumat verib.


Görüşdə qoruğun turizm imkanları, turizm məhsulları, o cümlədən qoruq ərazisində aparılan yenidənqurma və bərpa işləri də müzakirə olunub.


Müzakirələr zamanı qarşılıqlı əməkdaşlığın inkişafı, kommunikasiya əlaqələrinin sıx qurulması, qoruq ərazisinə daha çox turistin cəlb edilməsi üçün birgə işlərin aparılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb