×
ATAA və “Air Astana” hava yolları şirkəti əməkdaşlıq əlaqələrini müzakirə ediblər

Mövcud və gələcək əməkdaşlıq imkanlarının inkişafı məsələləri  Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla “Air Astana” hava yollarının Azərbaycan üzrə yeni  rəsmi nümayəndəsi  Timur Salimov arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.


Görüşdə Göydəniz Qəhrəmanov Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının fəaliyyəti, ölkənin turizm sektorunun inkişafında rolu, üzvlərinin sayı və göstərdikləri xidmət sahələri, o cümlədən ”Air Astana” ilə əməkdaşlıq əlaqələri haqqında ətraflı məlumat verib yeni nümayəndəyə gələcək fəaliyyətində müvəffəqiyətlər arzulayıb.


Müzakirələr çərçivəsində Timur Salimov  təmsil etdiyi hava yolları şirkətinin  Azərbaycan bazarına xüsusi önəm verdiyini, qarşılıqlı iş birliyinin genişləndirilməsində maraqlı olduqlarını və mart ayının 3-dən etibarən  Azərbaycan istiqamətinə uçuşların bərpa edilcəyini diqqətə çatdırıb.


Sonda Göydəniz Qəhrəmanov  şirkətin Azərbaycan üzrə öncəki nümayəndəsi Deulet Yerkenuleyə yeni işində uğurlar arzulayıb ATAA  ilə əməkdaşlıq əlqələrinin inkişafına göstərdiyi dəsətəyə görə öz təşəkkürünü bildirib.