×
ATAA və  Air Arabia hava yolları əməkdaşlıq əlaqələrini müzakirə ediblər

Əməkdaşlıq əlaqələrinin inkişafı və biznes imkanlarının genişləndirilməsi məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla   “Air Arabia”hava yolları şirkətinin  Şərqi Avropa və Qafqaz regionu üzrə  rəhbəri Nuket Angın və Azərbaycan nümayəndəliyinin rəhbəri  Zöhrab Əliyev arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.

Müzakirələr çərçivəsində Air Arabia şirkətinin nümayəndəliyi ATAA-nın fəaliyyəti, ölkə turizminin inkişafındakı rolu, üzvlərinin sayı haqqında məlumatlandırılıb.

Görüşdə Azərbaycan üzrə uçuşların sayının və turist clbediciliyinin artırırlması, digər ölkələrə tranzit uçuşların təşkili, birgə iş birliyinin yaradılması, üzv şirkətlər üçün  uyğun qiymət siyasətinin formalaşdırılması, operativ kommunikasiya əlaqələrinin qurulması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki,Hazırda “Air Arabia” aviaşirkəti  gündəlik olaraq Bakı-Şarca-Bakı reyslərini həyata keçirir.