×
ATAA sədri fəxri nişan ilə təltif olunub

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovu Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının «Bədən tərbiyəsi, İdman və turizmin inkişafındakı xidmətlərinə görə» Fəxri nişanı ilə təltif olunub.

Fəxri nişanın təqdim olunması ilə bağlı  qərar MDB PA-nın sədri Valentina İvanovna Matviyenko tərəfindən imzalanıb.