×
ATAA sədri  Azərbaycan Turizm Sammitində iştirak edib
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Azərbaycan Turizm Sammitinin panel müzakirələrində iştirak edib.

Assosiasiya sədri çıxışı zamanı pandemiyadan sonra turizmin bərpası və inkişafı perspektivləri, ATAA - nın bu istiqamətdə gördüyü işlər, eləcə də turizm sahəsində çalışanların iş yerlərinin qorunub saxlanılması və digər məsələlərə toxunub.
Göydəniz Qəhrəmanov həmçinin turizm şirkətləri üçün standartların yaradılması, keyfiyyətli turizm xidmətlərinin göstərilməsi məsələləri ətrafında da müzakirələr aparıb.

grid-photo-11670506524.jpg