×
ATAA nümayəndələrinin “Qalaltı Hotel & Spa” hotelinə  tanışlıq  səfəri  olub

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 20-dən artıq üzvü üçün Şabran rayonunun ərazisində yerləşən Qalaltı Hotel & Spa” hotelinə tanışlıq məqsədli infotur təşkil olunub.

 

Səfər zamanı ATAA-nın üzvləri Qalaltı Hotel &Spa” hotelinin fəaliyyət istiqaməti, tutumu, müalicə mərkəzləri, istirahət və əyləncə imkanları, turistlərə göstərilən xidmət təklifləri ilə bağlı məlumatlandırılıb, eləcə də qarşılıqlı əməkdaşlıq imkanları və qiymət təklifləri müzakirə olunub.

 

Qedy edək ki, ATAA tərəfindən gələcəkdə də bu formatlı tanışlıq məqsədli infoturların təşkili nəzərdə tutulub.