×
ATAA Kütləvi İnformasiya Vasitələrinin bir qurup nümayəndəsi üçün işgüzar səhər yeməyi təşkil edib

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşkilatçılığı ilə yerli Kütləvi İnformasiya Vasitələrinin bir qurup nümayəndəsi üçün işgüzar səhər yeməyi təşkil edilib.


Qeyri rəsmi görüşdə ATAA sədri Göydəniz Qəhrəmanov media nümayəndələrinə Assosiasiyanın fəaliyyəti, ölkə turizminin bərpasında və inkişafındakı rolu,quruma üzv olan şirkətlərlə əməkdaşlıq imkanları,eləcə də pandemiyadan sonra  gəlmə və getmə turizmdə yeni çağırışlar, turizm istiqamətlərinin və turizm məhsulalrının beynəlxalq sərgilərdə tanıdılması, o cümlədən daxili turizmin inkişafı, bu sahədə mövcud çatışmazlıqlar,onların həlli yolları  və digər məsələlər baradə məlumat verib, jurnalistləri maraqlandıran sualları cavablandırıb.


Görüşdə ATAA sədri yerli KİV nümayəndələrinin ölkə turizminin inkişafı və tanıdılması istiqamətində göstərdikləri dəstəyi yüksək qiymətləndirərək onlara təşəkkür edib və peşə fəaliyyətlərində uğurlar arzulayıb.