×
ATAA ilə Milli Kulinariya Mərkəzi əməkdaşlıq əlaqələrini genişləndirir

Yanvarın 19-da Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə Milli Kulinariya Mərkəzi arasında əməkdaşlıq sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə və inkişafına dair memorandum imzalanıb.


Sənədə əsasən hər iki qurum gələcəkdə qarşılıqlı əlaqələrin inkişafı, əməkdaşlığın genişləndirilməsi, milli kilinariya nümunələrinin təşviqi, mətbəx turizminin xarici partnyorlar arasında tanıdılması və xüsusi marşurutların hazırlanması, eləcə də bu istiqamətdə infoturların təşkili üzrə birgə fəaliyyət göstərəcəklər.


Görüşdə həmçinin qastro turizmin inkişafı üzrə yeni təkliflərin hazırlanması, milli kulinariya nümunələrinin tanıdılması istiqamətində marifləndirmə işlərinin aparılması məsələlərinə dair fikir mübadiləsi aparılıb.


grid-photo-21674135613.jpg