Aprelib 10-da Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov aviabiletlərin bronlaşdırılmasını və satışını həyata keçirən beynəlxalq platformalardan biri olan “Amadeus” şirkətinin regional şöbəsininin müdiri Erik Vilyams ilə işgüzar görüş keçirib.
Görüşdə
iki tərəfli əməkdaşlıq imkanlarının inkişafı perspektivləri,birgə layihələrin və
işbirliyinin yaradılması, kommunikasiya əlaqələrinin genişləndirilməsi, qarşılıqlı biznes fəaliyyətinin
qurulması,təcrübə mübadiləsinin
aparılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə həmçinin “Amadeus” şirkətinin Azərbaycan
üzrə müdiri Təranə Useynova və şirkətin pərakəndə satış üzrə meneceri Mahnurə
Qocayeva da iştirak ediblər.