×
ATAA -nın İdarə Heyətinin sədri  "Tərəqqi" medalı ilə təltif olunub
Azərbaycan Respublikasında turizm sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər, o cümlədən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov və peşəkar turizmçi Murad Kərəmov “Tərəqqi” medalı ilə təltif olunublar.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ailəsi adından ali mükafata sahib olan bütün hörmətli və dəyərli həmkarlarımızı səmimi qəlbdən təbrik edir, işlərində uğurlar və müvəffəqiyətlər arzulayırıq.