×
ATAA  Çinin Nanshan Xizək Mərkəzi ilə əməkdaşlıq əlaqələrini müzakirə edib

Qış turizminin inkişafı və xizək kurortlarının tanıdılması sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Çinin Nanshan Xİzək Mərkəzinin prezidenti Lu Jianın rəhbərlik etdiyi nümayındı heyəti arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.


Görüşdə Göydəniz Qəhrəmanov nümayəndə heyətinə Assosiasiyanın fəaliyyəti, ölkənin turizm sektorunun inkişafında rolu, üzvlərinin sayı və göstərdikləri xidmət sahələri, eləcə də Azərbaycanın turizm imkanları,ölkədə fəaliyət göstərən xizək kurort mərkəzləri,onların potensialı haqqqında ətraflı məlumat verib.


Nanshan Xİzək Mərkəzinin prezidenti Lu Jian öz növbəsində ATAA sədrini dağ kurortunun imkanları və özəllikləri, burada fəaliyyət göstərən xizək məktəbi, müxtəlif ölkələrə təşkil olunan xizək turları və səfərlər, əməkdaşlıq etdikləri ölkələrlə əlaqələr, ölkəsinin Azərbaycanın turizm bazarına olan marağı barədə məlumatlandırıb.


Müzakirələr zamanı iş birliyinin formalaşdırması, üzv şirkətlərlə əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi, B2B formatlı görüşlərin təşkili, aviauçuşların intensivliyinin artırılması  və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

grid-photo-71710488323.jpg