×
Turizm şirkətləri və hotellər arasında  kommunikasiya əlaqələrinin genişləndrilməsinə dair görüş keçirilib

Əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və birgə iş birliyinin  yaradılması  məsələləri avqustun 3-də Dövlət Turizm Agentliyinin Sədri Fuad Nağıyevin, Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmitin, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Sədri Göydəniz Qəhrəmanovun, Azərbaycan Hotel Assosiasiyasının Sədri Eldar Əlimuradovun və İcraçı Direktoru Günay Sağlamın,  eləcə də “Absheron Hotel Group”-un yeni Baş İcraçı Direktoru Matt Balcikin iştirakı ilə keçirilən  işgüzar görüşdə müzakirə olunub.


Turizm sektorunun inkişafına və sənayenin  fəaliyyətinin şaxələndirilmsinə həsr olunan görüşdə  turizm şirkətləri və hotellər arasındakı  kommunikasiya əlaqələrin genişləndrilməsi, biznes fəaliyyətinin formalaşdırılması məsələləri  ətrafında fikir mübadiləsi aparılıb.